AUT.AZ

Azərbaycanlı futbolçu İrəvanda məşqə çıxdı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatia” Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Ararat”ın qonağı olacaq.

Aut.az xəbər verir ki, Albaniya təmsilçisi bu qarşılaşma üçün Ermənistana səfər edib. Vüsal da komanda ilə birlikdə İrəvana gedib. Milli komandamızın sabiq üzvü oyunun keçiriləcəyi stadionda məşqə də çıxıb. O sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

“Ararat” – “Eqnatia” görüşü sabah Bakı vaxtilə saat 19:00-da start götürəcək.

Exit mobile version