AUT.AZ

Umut “Fənərbağça”da

Türkiyənin “Fənərbağça” yeni transferini açıqlayıb.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisi “Eyüpspor”dan Umut Nayırı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb.

Umut Nayır son mövsümü icarə əsasında “Ümraniyespor”da keçirib. Türkiyə millisinin üzvü son mövsümdə Superliqada 31 matçda 17 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bu arada “Eyüpspor” isə Canər Erkinlə müqavilə imzaladığını açıqlayıb.

Exit mobile version