AUT.AZ

UEFA-dan onunla bağlı açıqlama: Bizə aidiyyəti yoxdur

UEFA və CAS “Spartak”ın yarımmüdafiəçisi Kvinsi Promeslə bağlı məsələyə münasibət bildirib.

Aut.az xəbər verir ki, mətbuatda məlumat yayılmışdı, ki, UEFA Promesi futboldan uzaqlaşdırıb. Amma Avropanın ali futbol qurumu bu xəbəri təkzib edib:

“Bu işin UEFA-ya aidiyyəti yoxdur”, – Avropa Futbol Assosiasiyaları İttifaqının mətbuat xidməti bildirib.

İdman Arbitraj Məhkəməsi də hollandiyalının yarışlarda iştirakına qadağa qoymadıqlarını bildirib: “CAS-da Kvinsi Promes işi yoxdur”.

Qeyd edək ki, Promesə vətəni Niderlandda qiyabi həbs qərarı çıxarılıb. O, əmisi oğluna bıçaqla xəsarət yetirməkdə ittiham olunub.

Aut.az

 

 

Exit mobile version