AUT.AZ

Türkiyə millisinin üzvü “Eyüpsor”da

“Başakşehir”dən ayrılan Caner Erkinin yeni klubu müəyyənləşib.

Aut.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını “Eyüpsor”da davam etdirəcək. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Caner Erkin bu ilin yanvar ayından “Başekşehir”də çıxış edirdi. Türkiyə millisinin üzvü komandanın heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Exit mobile version