AUT.AZ

Sabah bu klubla müqavilə bağlayacaq

“Çelsi”nin yarımmüdafiəçisi Kristian Pulişiç sabah “Milan”a keçəcək.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “Tvitter” hesabında yazıb. Bildirilir ki, sabah – iyulun 12-də  futbolçunun tibbi müayinədən keçməsi və İtaliya klubu ilə müqavilə imzalanması planlaşdırılır.

2022/2023 mövsümündə Pulişiç “Çelsi”nin heyətində bütün turnirlərdə 30 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version