AUT.AZ

Qurban Qurbanov: Bir-iki epizod zamanı…

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariqdə “Linkoln”a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, 51 yaşlı mütəxəssis qələbə münasibətilə futbolçularını təbrik edib:

“Rəqib komanda düşündüyümüz kimi oynadı. Meydança amili və hava şəraitini nəzərə alsaq, oynamaq asan deyildi. Bir neçə epizodu çıxmaq şərtilə, 90 dəqiqə ərzində çox diqqətli oynadıq. Sadəcə, 1-2 epizod zamanı bir az diqqətsizlik oldu.

“Linkoln” təcrübəli futbolçulardan qurulmuş kollektivdir. Hər birinin son nöqtəni qoymaq bacarığı var. 23-24 günlük səfərdən sonra komandada psixoloji yorğunluq çox idi. Buna baxmayaraq, özlərini düzgün idarə edib qələbə topunu vura bildilər. Oyunçularımın matça yanaşmasından razı qaldım”.

Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Exit mobile version