AUT.AZ

“Qarabağ” Cəbəllütariqdən qələbə ilə qayıdır

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb. 

Aut.az  xəbər verir ki, “köhlən atlar” I təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqdə “Linkoln”un qonağı olub. “Viktoriya” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayıb.

“Atlar” ilk hissədə yenik duruma düşsələr də ikinci hissədə 2 qol vuraraq, səfərdən qələbə ilə qayıdırlar. Komandalar hərəyə bir dəfə fərqləniblər. Qeyd edək ki, komandalar arasında cavab  oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
11 iyul

Linkoln – Qarabağ 1:2 
Qol: K.Qomes, 25 – R.Cica, 58. Benzia, 90+4.
Hakimlər: Vitali Spasennikov, Raymonds Tatriks, Arturs Sakurovs Aleksandrs Anufriyevs (hamısı Latviya)
“Viktoriya” stadionu.

Linkoln: 23. Deyl Kolinq, 5. İbrahim Ayu, 24. Con Sarcent, 6. Bernardo Lopes (k), 21. Nano, 88. Mandi, 20. Mustafa Yahaya, 66. İtan Britto, 10. Liam Uoker, 9. Kike Qomes, 11. Xuampe
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Ajayi, 7. Li Kasyaro, 19. Xuan Penya, 29. Li Çipolina, 31. Conatan Şortino, 33. Djumaney Börnet, 77. Kayl Klinton, 99. Santi Luke.
Baş məşqçi: Xavi Munyos.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Exit mobile version