AUT.AZ

Deyib ki, gözləyirəm, gəl kabab çəkək

“Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandes Argentina yığmasındakı komanda yoldaşı Paulo Dibalanı London klubuna dəvət etdiyini açıqlayıb.

“Dibalanın “Çelsi”yə transferi mümkündürmü? Bəli, belə bir şey oxudum. Görək necə olacaq. Ümid edirəm ki, keçər.

Onunla danışdım və dedim ki, gözləyirəm. Gəl birlikdə manqal qalayaq, kabab çəkək. Mənim belə vaxt keçirmək üçün birinə ehtiyacım var”, – Entso “Ole”yə müsahibəsində deyib.

Dibalanın özü isə bu yaxınlarda bildirib ki, “Roma”da qalacaq.

Aut.az

Exit mobile version