AUT.AZ

Bekhem Messinin dişlərini ağartdı

Argentinalı rəssam Maksimiliano Baqnasko Lionel Messinin “İnter Mayami”yə transferi şərəfinə evlərdən birinin divarında argentinalının təsvir olunduğu divar rəsmi çəkib.

Aut.az xəbər verir ki, Baqnasko iyulun 1-dən rəsm üzərində işləyir. O, Messinin bu həftə Mayamiyə gəlişindən əvvəl onu bitirmək üçün gündə 13 saat sərf etdiyini deyir. Messinin çərşənbə axşamı Mayamiyə enməsi və MLS klubuna çoxdan gözlənilən keçidini tamamlaması gözlənilir.

Bir neçə gün əvvəl sənət əsərini “İnter Mayami”nin ortaq sahibi Bekhem görüb və rəssama kömək əlini uzadıb. O, rəssama Messinin dişlərini ağartmaqda kömək edib.

 

Exit mobile version