AUT.AZ

Azərbaycanın üç klubu Avropa Kubokunda çıxış edəcək

Azərbaycanın qadınlardan ibarət üç həndbol komandası 2023/2024 mövsümündə Avropa Kubokunda çıxış edəcək.

Aut.az xəbər verir ki, “Azəryol”, “Qarabağ” və “Kür” klubları qitə yarışında mübarizə aparacaq.

Bütün kollektivlər 1/32 final mərhələsindən turnirə qoşulacaq. Bu raundun püşkü iyulun 18-də Avstriyanın paytaxtı Vyanada atılacaq. Tədbir Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, 1/32 final mərhələsinin ilk oyunları 23-24 sentyabrda, cavab qarşılaşmaları 30 sentyabr-1 oktyabrda gerçəkləşəcək.

Exit mobile version