AUT.AZ

“Udineze”dən “Trabzonspor”a

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, Qara Dəniz təmsilçisi “Udineze”dən Filip Benkoviçi rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Trabzonspor” xorvatiyalı mərkəz müdafiəçisini satınalma maddəsi ilə 2023/24 mövsümünün sonuna kimi icarəyə götürüb. Super Liqa təmsilçisi 25 yaşlı arxa xətt oyunçusuna 1,1 milyon avro maaş verəcək.

Qeyd edək ki, “Udineze” Filip Benkoviçi 2022-ci ilin yanvar ayında “Lester Siti”dən transfer edib. Futbolçu son mövsümü icarə əsasında Braunşveyq “Ayntraxt”ında keçirib.

Exit mobile version