AUT.AZ

Təminat verdi, həm də dedi ki…

“Napoli”nin prezidenti Aurelio De Laurentis  Viktor Osimhenin gələcəyi ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, prezident futbolçunun növbəti mövsümdə komandada olacağına təminat verib:

“Gələn mövsüm Osimheni formamızda görəcəyik. Bu mütləqdir. Ancaq onun üçün yaxşı maliyyə təklifi gələrsə, biz daha da irəli gedəcəyik, yenə də istedadlar axtaracağıq. Kvaratsxeliyada və ya Osimhenlə olduğu kimi”, – deyə jurnalist Fabritsio Romano “Twitter”də De Laurentisdən sitat gətirib.

2022/2023 mövsümündə Osimhen “Napoli”nin heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 31 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Aut.az

Exit mobile version