AUT.AZ

Gey futbolçu gəlir – Nazirin reaksiyası

İtaliyanın idman naziri Andrea Abodi Yakub Yanktonun gey olduğunu etiraf etməsinə münasibət bildirib.

Aut.az xəbər verir ki, nazir bu etirafı birmənalı qarşılayıb. Qeyd edək ki, fevralda gey olduğunu deyən çexiyalı yarımmüdafiəçi İspaniya “Xetafe”sindən İtaliya “Cenoa”sına keçməyə yaxındır.

İtaliyanın idman naziri bir gey futbolçunun A Seriyasına keçməsi ilə bağlı sualı belə cavablandırıb.

“Bütövlükdə cəmiyyət yəqin ki, irəliyə doğru bir neçə addım ata bilər. Mənim üçün o, ilk növbədə insandır, ikincisi isə idmançıdır.

Mən insanları şəxsi seçimlə bağlı əlamətlərə görə bölmürəm. Eyni dərəcədə səmimi desəm, heç özünü göstərməyi də sevmirəm, amma şəxsi seçimə hörmət edilməlidir. Mən bu mövqedə qalacağam”, – Abodi bildirib.

Aut.az

Exit mobile version