AUT.AZ

Daha 16 ay cəza aldı

“Yuventus”un sabiq prezidenti Andrea Anyelli daha 16 ay futboldan uzaqlaşdırılıb.

Aut.az xəbər verir ki, məhkəmə belə bir qərarı “Yuventus”un futbolçularının maaşları ilə bağlı saxtakarlıq edilməsi ittihamı üzrə çıxardıb. Anyelli 60 min avro cərimə də ödəməli olacaq. İtaliya Futbol Federasiyasını (FIGC) təmsil edən prokuror “Yuve”nin keçmiş prezidentinin 20 ay müddətinə futboldan uzaqlaşdırılmasını tələb etmişdi.

Anyellinin apellyasiya şikayəti verəcəyi gözlənilir.

“Yuve”nin eks-prezidenti buna qədər artıq 2 il müddətinə – qondarma kapital qazancına görə futboldan uzaqlaşdırılmışdı.

Aut.az

Exit mobile version