AUT.AZ

Qurban Mahaçqalaya gəldi

Qurban Berdıyev karyerasıbı Mahaçqala “Dinamo”sunda davam etdirəcək.

Aut.az xəbər verir ki, klub 70 yaşlı mütəxəssisin baş məşqçi təyin olunduğunu açıqlayıb. Əvvəllər rəhbərlik Qoran Aleksiçlə müqaviləni yeniləməmişdi.

Berdəyevin son iş yeri “Soçi” olub. O, apreldə komandanı qəbul etsə də, 5 matçdan sonra istefaya göndərilmişdi.

“Dinamo” 2022/23 mövsümündə Melbet Birinci Liqasında 8-ci yeri tutub.

Aut.az

 

Exit mobile version