AUT.AZ

“Qarabağ” – “Linkoln” matçının biletləri satışa çıxır

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) oyununun biletləri iyulun 10-u saat 11:00-dan satışa çıxarılacaq.

Aut.az xəbər verir ki, iyulun 19-u saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu (11:00-dan 20:00-dək).

Exit mobile version