AUT.AZ

Otu çinlilərə və ərəblərə satıb varlanmaq istəyirlər

“Barselona” stadionun ot örtüyünü xüsusi məhsula çevirərək  satmağa hazırlaşır.

Aut.az “Mundo Deportivoya istinadən xəbər verir ki, kataloniyalılar arenanın açıldığı il şərəfinə “Etern Spotify Camp Nou 1957” adlı bəzək kolleksiyası yaratmaq üçün “Camp Nou”nun qazonundan istifadə edirlər.

Klub almaz istehsalı üzrə ixtisaslaşmış “Brilianto” şirkəti ilə müqavilə bağlayıb. Tərəflər qızıldan hazırlanmış, qiymətli daşlarla bəzədilmiş döş nişanları, bilərziklər, qol düymələri, üzüklər, boyunbağılar və digər aksesuarların yaradılması barədə razılığa gəliblər.

Ümumilikdə 1957-ci il zərgərlik məmulatları,  o cümlədən 57 bir karatlıq brilyantdan ibarət xüsusi seriyanın yaradılması planlaşdırılır. Bu konsepsiyanın ildə təxminən 30 milyon avro qazan gətirəcəyi gözlənilir, lakin bu məbləğin tərəfdaşlar arasında bölüşdürülməsinin nisbətləri açıqlanmır. “Barselona” və “Brilianto” belə zinət əşyalarına Çin və Yaxın Şərqdən olan alıcılar arasında xüsusi tələbat olacağını gözləyir.

Aut.az

Exit mobile version