AUT.AZ

Menecerlər onu PSJ-yə təklif etdilər

“Tottenhem”in qapıçısı Uqo Lloris PSJ-nin maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, menecerlər Paris təmsilçisi də daxil olmaqla Çempionlar Liqasında çıxış edən bir neçə kluba 36 yaşlı əlcək ustasının xidmətini təklif ediblər. Fransa çempionu yerli qapıçını transfer etmək də maraqlı olduğunu bildirib. Onun PSJ-yə transferi Keylor Navasın parisliləri tərk edib-etməməsindən asılıdır.

Qeyd edək ki, Llorisin “Tottenhem” ilə hazırkı müqaviləsinin bitməsinə bir il qalıb.

Exit mobile version