AUT.AZ

“Kəpəz”in baş məşqçisi: “Bizim üçün seçimdə çətinlik yaradıblar”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov komandanın hazırlığını dəyərləndirib.

Aut.az xəbər verir ki, mütəxəssis hazırlığın birinci mərhələsi və ilk yoxlama oyunu barədə klubun mətbuat xidmətinə açıqlama verib:

“Biz əsasən məşqlərdə ümumi dözümlülüyə işləyirdik. Son məşqlərdə güc və texniki-taktiki çalışmalara diqqət ayırmışdıq. Hazırlığın sonu olaraq “Səbail” ilə yoxlama görüşü keçirdik. Hərəsi 30 dəqiqədən ibarət 3 hissə oynadıq. Bakıya iki heyətlə getmişdik. Hər futbolçuya 45 dəqiqə oynamaq imkanı verdik. Çünki daha çox müddət onların ziyanına işləyə bilərdi. Əvəzedici heyətdən də çox sayda futbolçu götürmüşdük. Uşaqlar çalışdılar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Bizim üçün də fürsət oldu. O mənada ki, hansı oyunçuların əsas komandaya düşə biləcəyini görə bildik. Açığı, bizim üçün seçimdə çətinlik yaradıblar. Gənclər çəkinmədən mübarizə apardılar. Bu da məşqçiləri sevindirməyə bilməz. Sabahdan hazırlığın növbəti mərhələsi başlayır”.

Exit mobile version