AUT.AZ

UEFA rusiyalı hakimlərə təyinat verəcək?

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov maraqlı açıqlama ilə gündəmə gəlib.

Aut.az xəbər verir ki, o, yerli hakimlərin beynəlxalq yarışların oyunlarda iştirak edə biləcəyini bildirib. Mitrofanovun sözlərinə görə, rusiyalı ədalət təmsilçilərinə hansısa qadağa qoyulmayıb:

“Hakimlərimiz heç bir yarışdan kənarlaşdırılmayıb. Onlarla bağlı hansısa qadağa yoxdur. Ona görə də UEFA və ya FİFA hansısa yarışa hakimlərimizi təyin edə bilər. Referimiz Sergey Karasevin aparıcı avropalı hakimlərin toplantısında iştirak etməsi hazırlığının yüksək səviyyədə olmasını göstərir. Bu, eyni zamanda UEFA-nın rusiyalı hakimliyinə hörmətini nümayiş etdirir. Ona görə də beynəlxalq oyunlara rusiyalı hakimlərin təyinatı mümkündür”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə, bu ölkənin futbol klubları və milli komandaları  UEFA və FİFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.

Exit mobile version