AUT.AZ

Prezidentə xəbərdarlıq: xəbərsiz gələ bilməzsən

“Çelsi”nin yeni baş məşqçisi Maurisio Poçettino klub rəhbərlərinin komandanın həyatında fəal iştirakına şad olacağını qeyd edib.

Lakin o, bu proseslərə məhz məşqçinin rəhbərlik etməli olduğunu vurğulayıb. Aut.az xəbər verir ki, Poşettino klub rəhbərlərinə belə xəbərdarlıq edib.

“Əlbəttə, mən klub sahibini  – Todd Boulu məşq meydançasında, paltardəyişmə otağında salamlamaqdan məmnun olaram. Amma onlar bunu etməzdən əvvəl mənimlə əlaqə saxlamalıdırlar.

Mən bunu bilməliyəm və futbolçuları  hazırlamalıyam. Başqa ölkələrdə fərqli ola bilər, amma burada baş məşqçinin futbol klubunda müəyyən təsiri var.

Liderlərin yanımızda olması məni çox sevindirərə. Onlar klubun sahibləridir. Amma baş məşqçi soyunub-geyinmə otağında, meydanda və məşq meydançasında işlərin necə olacağına qərar verməlidir”, – “Evening Standard” Poçettinodan sitat gətirib.

Aut.az

Exit mobile version