AUT.AZ

“Narkoman” “Rapid”dən rəsmən ayrıldı – “Neftçi”yə gəlir?

“Neftçi”nin yeni baş məşqçisi olacağı gözlənilən Adrian Mutu “Rapid”dən ayrılıb.

Bu barədə Rumıniya klubunun saytı məlumat yayıb. Klubun prezidenti Daniel Nikulae bildirib ki, mütəxəssis özü ayrılmağa qərar verib: “Adrianın başqa bir kluba keçməyə üstünlük verməsinə təəssüflənirəm, xüsusilə də yeni mövsümün başlamasına bir həftədən az vaxt qaldığı bir ərəfədə. Amma təəssüf ki, müqavilədəki şərt onu saxlamağımızı mümkünsüz edir”.

Qeyd edək ki, Rumıniya mətbuatı Adrian Mutunun “Neftçi”nin təklifini qəbul etdiyini yazıb. “Ağ-qaralar” Mutuya illik 650 min avro məvacib ödəyəcək. Mütəxəssisin həftənin əvvəlində  “Neftçi”nin düşərgəsinə qoşulacağı bildirilir.

Qeyd edək ki, Mutu qalmaqallı karyeraya sahibdir. O, “Çelsi”dfə oynayarkən narkotik qəbul etdiyi üçün cəzalanıb.

 

Exit mobile version