AUT.AZ

İngiltərə Avropa çempionu oldu

21 yaşadək futbolçular arasında Avropa çempionatı başa çatıb.

Aut.az xəbər verir ki, Rumıniya və Gürcüstanda təşkil olunan turnirin finalında İngiltərə və İspaniya yığmaları qarşılaşıblar.

Batumidəki “Batumi Arena”da keçirilən oyunda İngiltərə minimal hesabla qalib gəlib – 1:0.

Qarşılaşmada yeganə qolu 45+4-cü dəqiqədə Kertis Cons vurub. İspaniyanın hesabı bərabərləşdirmək üçün əla fürsəti olub: əsas vaxtın son saniyələrində hakim İngiltərənin qapısına penalti təyin edib. Lakin hücumçu Abel Ruiz bu fürsətdən yararlana bilməyib.

Aut.az

Exit mobile version