AUT.AZ

Futbolçular ondan prezidentə şikayət etdilər

PSJ-nin bir çox futbolçusu Kilian Mbappenin Fransa mətbuatına verdiyi müsahibədən narazı qalıb.

Aut.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Mbappe müsahibəsində komanda və klubun ayrı-ayrı olduğunu bildirmiş, üstəlik, özünün daimi yüksək performansının qiymətləndirilmədiyini qeyd etmişdi.

Bildirilir ki, PSJ-nin altı futbolçusu bu müsahibəyə görə klub prezidenti Naser Əl-Xəlayfiyə şikayət edib.

Məlumdur ki, müqaviləsi bir ildən sonra başa çatacaq Mbappe yeni müqavilə imzalamaq istəmir və bu yay komandadan ayrıla bilər.

Aut.az 

Exit mobile version