AUT.AZ

“Dinamo” “Fənər”i təhqir etdi: Namussuz, vicdansız – “Neftçi”yə də pay düşür

Kiyev “Dinamo”sunun rəsmi saytı haker hücumuna məruz qalıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti Telegram kanalında məlumat verib:

“Dostlar, “Dinamo”nun rəsmi saytına haker hücumu edilib. Biz ən qısa zamanda geri dönəcəyik”.

10 dəqiqədən sonra saytın fəaliyyəti bərpa olunub.

Qeyd edək ki, bundan bir qədər əvvəl “Dinamo” “Fənərbağça”nın “Zenit”in iştirakı ilə yoldaşlıq turniri üçün Rusiyaya səfəri ilə bağlı rəsmi açıqlama vermiş və Türkiyə klubunu tənqid etmişdi. “Dinamo”nun bəyanatında deyilir:

“İstanbulda azarkeşlər qatil ölkənin adını səsləndirib “Dinamo” ilə oyuna Avropanın əsas sadistinin maskası ilə gələndə klubunuz susdu.

İndi səbəbi aydın oldu.

“Qazprom”un qanlı pulları sənin üçün hər şeyi alt-üst etdi, səni şərəfsiz və vicdansız etdi. Rusiya raketləri hər gün ukraynalıları öldürür, bütün sivil dünya təcavüzə və qırğınlara qarşı birləşir, amma sizin klub terrorizmin sponsorlarından qanlı paylarını qəbul edir.

UEFA və FİFA Rusiya klublarının beynəlxalq turnirlərdə iştirakını dayandırır, siz isə pul qazanmaq, təcavüzkarla birgə oynamaq üçün onlara qastrol səfərinə gedirsiniz.

Bu addımı heç nə ilə əsaslandıra bilməzsiniz. Bu biabırçı davranışı, əxlaqsız, insani keyfiyyətləri heçə nə ilə kompensasiya edə bilməzsiniz.
“Fenerbahçe” Spor Kulübü – sənin namusun, vicdan yoxdur! Ayıb olsun!”

Heç şübhəsiz, bu ifadələrdən “Neftçi”yə də pay düşür. Çünki eyni turnirə “Neftçi” də qatılıb.

Aut.az

Exit mobile version