AUT.AZ

Arda “Real”a bu şərtlər altında keçib: DETALLAR

Arda Gülərin “Real”a keçidinin detalları bəlli olub.

Aut.az xəbər verir ki, o,  ​​əsas komandada oynayacağına zəmanət aldığı üçün “Real”ı seçib.

“Marca”nın məlumatına görə, futbolçu ailəsi ilə iki şərtlə “Real”a keçməyə razılaşıb: Gülər ​​mövsümü icarə əsasında “Fənərbağça”da qalmayacaq, transferdən dərhal sonra başqa kluba icarəyə verilməyəcək.

Madrid klubunun baş məşqçisi Karlo Ançelotti bu variantı bəyənib. İtalyan mütəxəssis 18 yaşlı futbolçuya şəxsən zəng edərək onu “Real” sxemində harada gördüyünü deyib. Ançelotti Güləri sırf yarımmüdafiədə yox, hücuma yaxın mövqedə oynatmaq niyyətindədir.

Aut.az

Exit mobile version