AUT.AZ

10 ildən sonra bunu bir daha etdilər – FOTOLAR

Robert və Anna Levandovski toylarından düz on il sonra bir-birlərinə yenə də “hə” deyiblər.

Aut.az xəbər verir ki, cütlük ikinci dəfə evlənərək andlarını təzələmək qərarına gəlib.

Onlar “İnstaqram”da fotolar paylaşaraq “Biz bunu yenə etdik” yazıblar.

Polşalı hücumçu “Barselona”nın bir neçə futbolçusunu, o cümlədən Frenki de Yonq, Andreas Kristensen və Mark-Andre ter Ştegeni İtaliyanın Toskana şəhərində keçirilən evliliklərinin 10 illik yubiley tədbirinə dəvət ediblər.

 

Exit mobile version