AUT.AZ

“Turan Tovuz” transferə doymur

“Turan “Tovuz” növbəti transferini açıqlayıb.

Aut.az xəbər verir ki,  Tovuz təmsilçisi Bruno Qonçalves Do Pradonun keçidini tamamlayıb. 27 yaşlı braziliyalı futbolçu ilə 1 illik rəsmi müqavilə bağlanıb. Son olaraq Portuqaliya təmsilçisi “Leişoeş”də forma geyinən müdafiəçi daha öncə “Aruka” (Portuqaliya), “Villa Nova” və “Bahia” klublarının da şərəfini qoruyub.

 

Qeyd edək ki, “Turan Tovuz” bu  gün Otto Con və  Luis Henrike Paçu Liranın transferini açıqlayıb.

Exit mobile version