AUT.AZ

“Səbail”lə “Kəpəz” siftə elədi

“Səbail” və “Kəpəz” komandaları yoxlama oyunuunda üz-üzə gəlib.

Aut.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüşdə Bakı təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

“Səbail”in qollarını 68-ci dəqiqədə Pedro Nunu, 70-ci dəqiqədə Adil Nağıyev vurublar. “Kəpəz”də isə Nicat Fərəci fərqlənib.

Qeyd edək ki, hər iki komanda ilk sınaq matçını keçirib.

 

Exit mobile version