AUT.AZ

“Səbail” Superliqa klubuna rəqib oldu

“Səbail”in Türkiyədə təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.

Aut.az xəbər verir ki, Bakı klubu “Konyaspor”la qarşılaşacaq. Bu barədə Türkiyə Superliqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İyulun 21-də keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Səbail” bu gün yoxlama matçında “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.

Exit mobile version