AUT.AZ

“Rapid”dən gözlənilməz Mutu açıqlaması

“Rapid” Adrian Mutunun “Neftçi” ilə anlaşması barədə xəbərləri təkzib edib.

Aut.az xəbər verir ki, Buxarest təmsilçisi bununla bağlı feysbuk səhifəsində məlumat paylaşıb.

Bildirilib ki, 44 yaşlı mütəxəssis “Rapid”in məşqçisidir və komanda ilə birgə təlim-məşq toplanışındadır.

Qeyd edək ki, daha əvvəl Rumıniya mətbuatı Mutunun “Neftçi” ilə müqavilə imzalamaq üçün Rusiyaya yollanacağını yazıb.

Exit mobile version