AUT.AZ

Premyer Liqadan Divizion klubuna

Mövsümün sonunda “Zirə”dən ayrılan Mirsahib Abbasovun yeni klubu müəyyənləşib.

Aut.az-ın məlumatına görə, 30 yaşlı futbolçu karyerasını Birinci Divizionda davam etdirəcək. O, yaxın günlərdə “İrəvan” klubu ilə 1 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Abbasov karyerası ərzində “Zirə”dən başqa “İnter” (indiki “Şamaxı”) və “Səbail” kimi klubların da formasını geyinib.

Aut.az

Exit mobile version