AUT.AZ

“Vinisius qanunu” qüvvəyə mindi

Braziliya hökuməti irqçilik əleyhinə yeni qanun qəbul edib.

Aut.az xəbər verir ki, yeni qanuna “Real”ın futbolçusu Vinisiusun adı verilib. “Vinisius qanunu” stadionda irqçi şüarlar səsləndirildikdə, həmin oyunun dayandırılmasına icazə verəcək.

Yeni qanunun adının açıqlanması mərasimi “Marakana” stadionunda baş tutub və tədbirdə Vinisius da iştirak edib.

Geridə qalan mövsüm “Valensiya” ilə “Real” matçında azarkeşlər Vinisiusu irqçi şüarlarla təhqir etmişdilər.

Exit mobile version