AUT.AZ

“İnter” İtaliya millisinin oyunçusunu transfer etdi

İtaliyanın “İnter” komandası heyətinə yeni futbolçu cəlb edib.

Aut.az xəbər verir ki, Milan təmsilçisi “Sassuolo”nın yarımmüdafiəçi Davide Frattezini icarəyə götürüb. 23 yaşlı futbolçu satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi “İnter”də oynayacaq. Frattezinin 1 illik icarəsi üçün 6 milyon, birdəfəlik transferi üçün isə 25 milyon avro ödəniləcək.

Frattezi ötən ildən İtaliya yığmasında da çıxış edir.

Exit mobile version