AUT.AZ

Almaniya yığmasının uğursuzluğunda Pepi günahlandırır

Almaniya yığmasının sabiq üzvü Bastian Şvaynştayger millinin uğursuzluğunda Pep Qvardiolanı günahlandırır.

“Almaniya millisinin və ümumilikdə futbolun vəziyyəti yaxşı deyil. Düşünürəm ki, çoxlu dəyişikliklər olub.

Qvardiola “Bavariya”ya gələndə hamı qərara gəldi ki, bu cür futbol oynamalıyıq – qısa ötürmələrlə və s.

Deyəsən dəyərlərimizi itiririk. Düşünürəm ki, əksər milli komandalar Almaniyaya döyüşçü, matçın sonuna qədər qaçmağa hazır komanda kimi baxırdılar.

Biz isə son 7-8 il ərzində öz güclü tərəflərimizi unutmuşuq. Gözəl ötürmələrə daha çox diqqət yetirmişik və uğursuzluğun səbəblərindən biri də budur”, – Almaniya komandasının keçmiş yarımmüdafiəçisi deyib.

Aut.az

Exit mobile version