AUT.AZ

UEFA-nı qıcıqlandırır: Superliqadan çıxmayacaqlar

“Barselona”nın prezidenti Joan Laporta klubun Avropa Super Liqasındakı gələcəyini şərh edib.

Aut.az xəbər verir ki, Laporta ideyadan imtina etmək niyyətlərinin olmadığını bildirib. O, UEFA ilə Superliqa arasında “körpü” olmaq istədiklərini bildirib.

“Mundo Deportivo” onun bu sözlərini sitat gətirib: “Barselona”nın burada olması yaxşıdır, çünki biz UEFA ilə Super Liqa arasında bir növ körpü ola bilərik”.

Aut.az

Exit mobile version