AUT.AZ

Tanınmış məşqçi haqda: 70% qız, 30% kişidir

31 yaşlı serbiyalı hücumçu Corc Despotovic “Rubin”də yolları kəsişdiyi rusiyalı mütəxəssis Leonid Slutski haqda sərt ifadələr işlədib.

Aut.az xəbər verir ki, Corc “Sport24”-ə verdiyi müsahibədə Slutskini belə xarakterizə edib:

“Rubin” Slutski və Yarovinskini işdən çıxaranda mən şampan açdım. Statistikaya görə, mən gələnə qədər komanda RPL-də qalmaq uğrunda mübarizə aparırdı. Mənimlə birlikdə dördüncü yeri tutdular. Bir il yarımda ən yaxşı oyunçu oldum və heç bir səbəb olmadan ayrılıq baş verdi. Belə durumda nədən danışasan? Slutski 70% qız, 30% kişidir. Bunu mənim keçmişim hesab edin: sevgi bitdi, ayrıldıq.

Futbol oynamayan adama yaxşı məşqçi deyə bilmərəm. Futbolçuların ağrı, iynə, zədələrlə oynamasının necə olduğunu başa düşmür, çünki özü oynamayıb. Amma məşqçi bunu bilməlidir.

Onun sayəsində dörd ay iynə vurdurdum. Təbii ki, bu mənim işimdir, ona görə maaş alıram. Amma onun sayəsində çox ağır zədə ilə bu qədər oynadım. Sonra mənə “sağ ol” deyib, çamadanlarımı küçəyə atdılar. Mən heç yerdə belə münasibət görməmişəm. Mənim üçün çox ağır və təhqiredici oldu.

Slutskiyə qarşı konkret iddiam budur: insanlarla heyvan kimi davranır. Əşyalarımı oteldən atdılar, yemək vermədilər. Amma sonra bütün bu pisliklərinin haqqını aldı”.

Aut.az

 

Exit mobile version