AUT.AZ

İnyesta da onların yanına gedir?

İspaniyalı yarımmüdafiəçi Andres İnyesta “İnter Mayami”yə keçərək Lionel Messi və Serxio Buskuetslə yenidən bir araya gələ bilər.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Xatırladaq ki, 39 yaşlı futbolçu Yaponiya J-liqasında “Vissel Kobe”nin heyətində son matçını keçirdikdən sonra klubsuz qalıb.

Mənbənin sözlərinə görə, Andresin masasında iki təklif var. Onlardan biri “İnter Mayami”dəndir. İkinci təklif isə Səudiyyə Ərəbistanı klubundandır.

Aut.az  

Exit mobile version