AUT.AZ

Heyəti yığdı, manqal qaladı, kabab çəkdi

Maurisio Poçettino “Çelsi”nin əməkdaşları ilə tanış olmaq üçün maraqlı üsul seçib.

Aut.az xəbər verir ki, argentinalı məşqçi iyulun 1-də ilk iş günündə “Çelsi”nin personalı ilə tanış olma üçün piknik təşkil edib.

O, manqal qalayıb, kabab çəkib Argentinanın ənənəvi tərəvəz yeməklərindən hazırlayıb.

“Çelsi”nin əməkdaşları belə münasibətdən heyrətə gəliblər. Onlar bu cür tanışlığın qeyri-adi olduğunu bildiriblər.

Qeyd olunur ki, Poçettino bu yolla futbolçular düşərgəyə qayıtmazdan əvvəl komandada komanda ruhunu gücləndirməyə çalışır.

Aut.az

Exit mobile version