AUT.AZ

Evlərini tornado dağıtdı, lotereyada 2 milyon uddular

ABŞ-ın Ayova ştatında 56 yaşlı Tammi Qordi və əri Stiv 2001-ci ildən, evlərini tornado dağıdandan bəri illərdir kirayədə yaşayırlar.

Aut.az xəbər verir ki, 20 ildən çox keçəndən sonra onların itirilmiş mənzilləri bərpa etmək şansı var. Tammi Qordi lotereyada 2 milyon dollar qazanıb.

Lotereyanı qazandıqdan sonra onlar mənzillərinin bərpasını sürətləndirməyi planlaşdırırlar. İndi onların mülkündə cakuzi də olacaq.

Exit mobile version