AUT.AZ

“Əl-İttifaq”a gedən kimi tələb etdi: Onu alın

Sadio Mane karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. “Bavariya”nın vingeri “Əl-Nasr” və “Əl-İttifaq”ın maraq dairəsinə düşüb.

Birinci komandada Kriştiano Ronaldo oynayır, ikincilərin baş məşqçisi isə Stiven Cerrarddır.

İngilis çalışdırıcı ilə seneqallı futbolçunun bir-birini yaxşı tanıdığı qeyd edilir. Cerrard Maneni yeni klubunda görmək istəyir.

Məsələnin maliyyə tərəfi səudiyyəlilər üçün maneə deyil: həm “Əl-Nəsr”, həm də “Əl-İttifaq” transfer üçün “Bavariya”ya pul ödəməyə və futbolçunun maaşını əhəmiyyətli dərəcədə artırmağa hazırdır.

Aut.az

Exit mobile version