AUT.AZ

Yolun sonuna gəldi

Donetsk “Şaxtyor”unun qolkiperi Andrey Pyatov peşəkar karyerasını başa vurub.

Aut.az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin baş direktoru Sergey Palkin klubun rəsmi saytına açıqlama verib. O, 39 yaşlı qolkiper üçün vida matçı təşkil edəcəklərini bildirib. Pyatova “Şaxtyor”da qapıçılar üzrə məşqçi vəzifəsi təklif olunub.

Ukrayna millisinin sabiq üzvünün vida matçı böyük ehtimalla, avqustun 6-da Londonda baş tutacaq. Həmin gün “Şaxtyor” “Tottenhem”lə qarşılaşacaq.

Qeyd edək ki, Pyatov 2007-ci ildən Donetsk komandasının şərəfini qoruyurdu. O, bu klubun heyətində 482 görüş keçirib. O, “Şaxtyor”dan əvvəl “Vorskla Poltava” çıxış edib.

Exit mobile version