AUT.AZ

UEFA-dan “Şerif”ə şad xəbər

UEFA avrokubok oyunlarının “Şerif” stadionundan keçirilməsinə qoyulan qadağanı aradan qaldırıb.

Aut.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 2022-ci ilin iyununda UEFA bölgədəki qeyri-sabit vəziyyətə görə Tiraspoldakı eyniadlı arenada oyun keçirməyi qadağan edib.

“UEFA İcraiyyə Komitəsi son iclasında “Şerif” klubunun və Moldova Futbol Federasiyasının avrokubok oyunlarının “SC Şerifin” əsas arenasına qaytarılması tələbi ilə birgə müraciətini müzakirə edib.

Klub rəhbərliyinin və federasiyanın prezidenti Leonid Oleyniçenkonun səyi nəticəsində avrokubok oyunları yenidən Tiraspola qayıdır. Eyni zamanda, hər bir seçmə mərhələ üzrə yekun qərarı vəziyyətdən asılı olaraq UEFA verəcək”, – deyə “Şerif”in mətbuat xidmətindən bildirilib.

2022/23 mövsümündə “Şerif” Moldova çempionu olub və Çempionlar Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq.

Aut.az

Exit mobile version