AUT.AZ

Sağlamlığından danışdı: Pəhrizə oturub

“Barselona”nın prezidenti arıqlamaq üçün pəhriz saxladığını bildirib.

“Mənə deyirlər: “Bir gün sən həddən artıq gərgin olacaqsan”. Amma əmin olun ki, hələ bir müddət gücüm olacaq.

Mən yaxşıyam. Amma etiraf edim ki, artıq çəkim var. Ona görə də pəhrizə oturmuşam və buna ciddi əməl edirəm. Həqiqətən arıqlamalı olduğumu düşünürəm.

Əvvəllər daha çox idmanla məşğul olurdum, indi isə buna çox vaxtım yoxdur, amma yaxşıyam”, – Joan Laporta “La Vanguardia”ya müsahibəsində deyib.

Aut.az

Exit mobile version