AUT.AZ

Rusları heç kim tanımır, maraqlı deyilsiniz – Sabiq “Neftçi”li

“Neftçi”nin və “Zenit”in baş məşqçisi Vlastimil Petrjela rusiyalı futbolçular haqda danışıb.

Aut.az xəbər verir ki, çexiyalı mütəxəssis rusiyalı futbolçuları Avropa üçün maraqsız hesab edir.

“Çexiya sakinləri Artem Dzyubanın kim olduğunu bilmirlər. Mənim ölkəmdə, məncə, heç kim bir rus futbolçunun adını çəkə bilməyəcək – onları sadəcə olaraq tanınmırlar, son hadisələrə görə maraqlı deyilsiniz.

Rusiya futboluna bu cür münasibət təkcə Çexiyada deyil, bütün Avropada belədir”, – Petrjela deyib.

Aut.az

Exit mobile version