AUT.AZ

Polisə səlahiyyət verilir: Oyunu dayandıracaq, əgər…

İspaniya hakimiyyəti stadionlarda irqçiliyin kökünü kəsmək üçün tədbirlər görməyə davam edir.

Aut.az “El País”ə istinadən xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyi irqçilik halında polisə matçları dayandırmağa icazə verəcək.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hakimdən oyunu müvəqqəti və ya birdəfəlik dayandırmağı xahiş edə biləcəklər.

Beləliklə, İspaniyada “Real” hücumçusu Vinisius Juniorun irqi təhqirlərə məruz qaldığı Valensiyadakı “Mestalya” stadionundakı vəziyyətin təkrarlanmasının qarşısını almaq istəyirlər.

Aut.az

Exit mobile version