AUT.AZ

Bazaya gəldi, ilk müsahibəsini verdi – FOTO

Bazar ertəsi, iyulun 3-də argentinalı məşqçi Maurisio Poçettino “Çelsi”nin Kobhemdəki bazasına gəlib.

Aut.az xəbər verir ki, 51 yaşlı mütəxəssis londonluların yeni baş məşqçisi kimi ilk müsahibəsini verib.

“Çelsi”də olmaqdan qürur duyuram. Şübhəsiz ki, bu, dünyanın ən böyük klublarından biridir. Biz bu böyük kluba sevinc gətirmək istəyirik. Bunu ancaq zəhmətlə etmək olar.

“Çelsi”nin möhtəşəm heyəti var. Azarkeşlərlə birlikdə uğurun açarını tapmaq istəyirik. Biz komandada yalnız liderlər istəyirik, geridə qalanlar yox.

Biz əmin olmalıyıq ki, klubun yenidən zirvəyə qayıtması üçün hər şeyi edəcəyik, çünki bu klub zirvədə olmaqdır”, – deyə London klubunun mətbuat xidməti Poçettinodan sitat gətirib.

Aut.az

Exit mobile version