AUT.AZ

Ərəblər axır ki, Cerrardı “sındırdılar”

“Reyncers”in və “Aston Villa”nın sabiq baş məşqçisi Stiven Cerrard Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun baş məşqçisi təyin edilib.

Aut.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

Əvvəllər bildirilirdi ki, Cerrard Səudiyyə Ərəbistanından gələn təklifi rədd etməyi planlaşdırır. Lakin “Əl-İttifaq” rəhbərliyi Stiveni yola gətirə bildi və danışıqlar uğurlu nəticələndi.

“Liverpul”un keçmiş yarımmüdafiəçisi və kapitanı məşqçilik karyerasına 2017-ci ildə Mersisayd klubunun gənclər sistemində başlayıb. 2019-cu ildə ingilis mütəxəssis “Reyncers”ə başçılıq edib, üç ildən sonra isə bir ildən az işlədiyi “Aston Villa”ya gəlib – 2022-ci ilin oktyabrında Cerrard komandanın qeyri-qənaətbəxş nəticələrinə görə qovulub.

Aut.az

Exit mobile version