AUT.AZ

Əfsanəvi futbolçu öldü

Almaniya yığmasının sabiq futbolçusu  Horst-Diter Hettqes ölüb.

Aut.az xəbər verir ki, “Verder Bremen”in mətbuat xidməti keçmiş futbolçunun iyunun 22-də vəfat etdiyini bildirsə də, məlumat bu gün – iyulun 3-də yayılıb. Hettqes 80 yaşında vəfat edib.

Hettqes Münhenqladbax “Borussiya”sı və “Verder”də çıxış edib. Almaniya millisinin tərkibində dünya (1974) və Avropa (1972) çempionu olub. O, həm də dünya çempionatının gümüş və bürünc medallarının sahibidir.

Horst-Diter Hettqes dünya çempionatı mükafatlarının tam dəstini toplayan yeddi oyunçudan biri idi.

Aut.az

Exit mobile version