Messi bu qədər məvacib alacaq – Prezident açıqladı
“İnter Mayami” futbol klubunun həmsahibi, kubalı-amerikalı iş adamı Xorxe Mas Lionel Messinin nə qədər məvacib alacağını açıqlayıb.
“Müqaviləyə əsasən, Leo ildə 46-55 milyon avro qazanacaq. Bu səviyyəli futbolçu ilə danışıqlar aparmaq üçün çox vaxt sərf etdik. Mən onun atası Xorxe ilə həmişə əlaqə saxlayırdım.
Bekhem Leo ilə sırf futbolla bağlı dialoq aparıb, çünki özü də peşəkar oyunçu idi. Heç kim Messiyə təzyiq etmək istəmirdi, ona görə də biz onunla Barselonada, Mayamidə, həmçinin Rosario və Dohada danışdıq.
Dünya çempionatı boyu Argentina millisinin və Messinin oyununu diqqətlə izlədim. “Apple” ilə müqavilə Leo ilə sövdələşmənin bağlanması üçün əsas aspekt idi”, – Mas “El Pais”-ə müsahibəsində bildirib.
Aut.az
